Müasir dövrdə veb sayt və mobil tətbiqlər biznesin uğurlu fəaliyyəti üçün vacib amillərdən biri hesab olunur. Onlar şirkətlərin xidmət və məhsullarını geniş auditoriyaya çatdırmaq, müştəri əlaqələrini gücləndirmək və satışları artırmaq üçün əsas vasitələrdir. Əgər biznesinizi böyütmək istəyirsinizsə, peşəkar şəkildə hazırlanmış veb sayt və mobil tətbiqlər mütləq bir ehtiyacdır.
Veb sayt və mobil tətbiqlər:
Müştəri əlaqələrini gücləndirir: İnternet üzərindən əlçatan olmaq müştərilər üçün rahatlığı artırır və şirkətinizin hər zaman onların yanında olmasını təmin edir.
Satışları artırır: Xidmət və ya məhsullarınızı daha geniş kütləyə çatdırmaqla, satışlarınızı planlı şəkildə yüksəldir.
Brend dəyərini artırır: Müasir və professional veb sayt və mobil tətbiqlər brend imicinizi gücləndirir və müştərilərin sizə olan etibarını artırır.
İdeya; Layihənizlə bağlı ideyalarınız, fikirləriniz öyrənilir, məlumatlar toplanılır.
Plan; Toplanılan məlumatlara əsasən plan hazırlanılır.
Prototip; Hazırlanılmış plana əsasən layihənizin veb saytı və ya mobil tətbiqi hazırlanılır, sizə təqdim edilir, yekun müzakirələr aparılır, sifarişiniz tamamlanılaraq təhvil verilir.
Dəstək; Müştərilərin istəyindən asılı olaraq aylıq dəstək planı hazırlanılır, təklif edilir. Aylıq dəstək planı əsasında konseptinizdə olacaq dəyişikliklər, əlavələr icra edilir.