PHP Nədir? PHP ilə sayt necə qurulur?

Öyrənmək üçün yeni proqramlaşdırma dili axtarırsınız? PHP-nin nə olduğu sizə maraqlıdır? PHP ilə sayt necə yazılır mövzusu sizi narahat edir? Səbəbi nə olursa olsun doğru ünvandasınız. Məqaləni oxuyaraq axtardığınız sualın cavabını tapa bilərsiniz.

Proqramlaşdırma Dilləri

PHP (Açılış forması: Hypertext Preprocessor) JavaScript və Python kimi proqramlaşdırma dillərinin bənzəridir. Aralarındakı fərq isə PHP ümumilikdə server tərəfindən əlaqə yaratmaq, backend üçün istifadə edilir. JavaScript isə həm frontend və backend üçün istifadə edilir. Python isə sadəcə arxa plan üçün istifadə edilməkdədir (backend).

İlk başda düşüncələriniz mi qarışdı? Elə bu səbəbdən PHP’də daha dərinlərə enmədən öncə proqramlaşdırma dillərini öyrənməmiz lazımdır.

Proqramlaşdırma dili, xüsusi icra mühitində tapşırıqların icrasını avtomatlaşdıran dildir. Buraya statik səhifəyə (HTML və CSS ilə hazırlanmış) əvvəlcədən təyin etdiyiniz müəyyən məlumatların icrası daxildir.

Məsələ bir form serverə getmədən öncə bütün xanaların yazıldığından əmin olmaq üçün bir script istifadə edərək xanaların yazıldığını yoxlaya bilərsiniz. Script, bir istifadə formu göndərdiyində işləyir və bütün xanaları yoxlayır.

Əgər xanaların biri boş olarsa istifadəçiyə məlumat vermək üçün bildiriş göstərilir.

PHP nədir?

Daha əvvəl qeyd etdiyimiz kimi PHP server və istifadə arasında sorğuların icrası üçün yaradılmış proqramlaşdırma dilidir. Bu səbəbdən form məlumatlarının toplanması, serverdə faylları idarə etmək, verilənlər bazasını dəyişmək və s. kimi server tərəfli funksionallıqları icra etməkdədir.

Bu dil əslən Rasmus Lerdorf tərəfindən fərdi ana səhifəsinə gələn istifadəçilərin bilmək üçün yaradılmışdırr. Populyarlığı artdıqca, Lerdorf nəhayət PHP-ni açıq mənbə layihəsi kimi buraxdı. Bu qərar proqramçıları ondan istifadə etməyə, onu düzəltməyə və kodu təkmilləşdirməyə təşviq etdi. Beləliklə, PHP nəhayət bu gün istifadə etdiyimiz proqramlaşdırma dilinə çevrildi.

PHP hərtərəfli proqramlaşdırma dili kimi görünsə də, ən çox veb inkişafı üçün istifadə olunur. Proqramlaşdırma dili olduğu üçün kodlarınız istifadəçilər tərəfindən görsənmir. HTML vasitəsilə göstərmək istədiyiniz məlumatları yerləşdirə bilərsiniz.

PHP səhifəsinin bir nümunəsi isə Facebook’da görə bilərik. Ana səhifəsinə daxil olun və URL-nin .php ile bitdiyini görəcəksiniz (facebook.com/home.php).

PHP istifadə edərək necə kod yazmağı öyrənmək istəyirsinizsə, sizə kiçik nümunə göstərə bilərik:

<?php
echo 'IDEAL WEB NETWORK-dan Salamlar';
?>

Siz serverinizdə hello.php adında fayl yaradaq yuxarıdakıları yazırsınız. Bu kodunuza baxmaq üçün brovserinizdə "saytınızın.adı/hello.php" yazaraq daxil ola bilərsiniz.

Bu PHP faylının nəticəsi HTML-də belə görünəcək:

IDEAL WEB NETWORK-dan Salamlar

Bu sizə göstərə biləcəyimiz ən sadə PHP kodudur. Burada biz istədiyimiz məlumatı ekrana çap etmək üçün kod yazdıq. Sizin PHP-də yazdığınız kodlar istifadəçiyə brovser tərəfindən HTML olaraq göstərilməkdədir.

Niyə PHP İstifadə etməliyik?

PHP sizə rahatlıq təklif edir. Veb sayt üzərindən ağılınızdan keçə biləcək istənilən layihəni reallaşdırmaq üçün çox əlverişli proqramlaşdırma dilidir. 

Rahatlığı ilə məşhur olmuş WordPress PHP istifadə edilərək yazılmışdır. Yəni bu dili istifadə edərək Wordpress-də belə öz fərdi qoşmalarınızı yaza biləcəksiniz Egər bir WordPress proqramçısı olmaq istəsəniz belə PHP öyrənmək məcburiyyətindəsiniz.

Egər hələ də məmnun olmamısınızsa PHP-nin nə üçün mükəmməl proqramlaşdırma dili olduğunu göstərən səbəblər:

  • Öyrənmək asandır —  PHP, funksiyalarına aid bol nümunəli istifadə qaydalarını elə öz mənbəsindən taparaq öyrənə biləcəksiniz.
  • Geniş şəkildə istifadə edilir — Elektron Ticarət saytları, bloqlar, sosyal mediya və s.. platformaları yaratmaq üçün istifadə edilir. Statistikalara görə veb saytların 77.7%’-nin PHP istifadə edilərək yaradıldığını görmək mümkündür!
  • Pulsuz — açıq mənbəli, yəni  pulsuz olaraq istifadə edə bilərsiniz.
  • Böyük kütlə — əgər hər hansısa bir problemlə rastlaşsanız internet’də bir çox PHP bloqu olduğundan rahatlıqla probleminizin həllini tapa biləcəksiniz.
  • Verilənlər bazası inteqrasiya edilə bilir — bunların bəzi nümunələri MySQL, Oracle, Sybase, DB2, və s.

 

PHP və JavaScript

PHP ilə bir çox şey etmək mümkündür. Ancaq PHP ümumilikdə daha çox dinamik məzmun yaratmaq üçün istifadə edilməkdədir.

Əgər JavaScript ilə tanışsınızsa, JavaScript-in statik səhifəni daha dinamik və interaktiv etmək üçün istifadə olunduğunu da bilirsiniz. Bu səbəbdən PHP və JavaScript oxşar funksiyaları olan iki proqramlaşdırma dilidir.

Niyə hər ikisinə ehtiyacımız var?

Mövzu dinamik veb saytın qurulmasına gəldikdə, tamamilə JavaScript ilə işləyən veb sayt qurmaq mümkündür. Lakin, funksionallıq fərqli ola bilər.

JavaScript ilə siz siçan  çevirmə effekti, avtomatik yoxlama və foto qalereya kimi sadə dinamik sayt yarada bilərsiniz . Lakin, siiz sosial şəbəkələr və e-ticarət kimi istifadəçin daha çox istifadə etdiyini saytları yarada bilməzsiniz. Bunu etmək üçün sizə PHP lazımdır.

Tutaq ki, siz sosial şəbəkəyə daxil olursunuz. Profilinizə baxmaq üçün PHP verilənlər bazanızdan məlumatları götürür və nəticələri brauzerinizə göndərir. Siz profilinizdə hər dəfə dəyişiklik etdikdə, PHP gələcək məlumatların axtarışı üçün yeni məlumatları saxlayacaq. Bütün bu proses sosial şəbəkəyə müxtəlif istifadəçilərə fərqli məzmun göstərməyə imkan verir.
Bu səbəbdən JavaScript və PHP rəqib deyillər. Hətta birlikdə gözəl dinamik veb saytı yaratmaq üçün istifadə edilir.

Nəticə

PHP çok məqsədli proqramlaşdırma dilidir. Daha çox saytda dinamik məzmunlar yaratmaq üçün istifadə edilir.

Açıq mənbə mühiti və əlverişli funksionallıqları səbəbindən geniş şəkildə istifadə edilməkdədir. Yeni başlayanlar üçün kifayət qədər sadədir, lakin peşəkar proqramçılar PHP-ni daha inkişaf etmiş özəlllikləri istifadə etməkdədir. 

PHP-ni öyrənmək və anlamaq üçün şübhəsiz ki öz bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. İstədiyiniz formada bir veb sayt yarada bilmək, bacarıqlı WordPress proqramçısı ola bimək və hətta müəyyən zaman sonra istənilən veb saytı inkişaf etdirə biləcəksiniz!

Gördüyünüz kimi PHP-ni öyrənməmək üçün heç bir səbəb yoxdur. Ümid edirik bu məqalə də PHP nədir sualının cavabını öyrəndiniz. 

Unutmayın! Proqramçı olmaq üçün heç vaxt gec deyil!