FAQ • Xidmətlər • Dəstək

Tez-tez verilən suallar.

Veb sayt, SEO, SMM, SEM, hosting, server dəstəyi və partnyorluq haqqında ən çox verilən sualları bir yerdə topladıq.

23+ canlı sual və cavab bazası
Web

Veb sayt hazırlanması

Veb saytların hazırlanılması nə qədər vaxt aparır?

Layihənin ölçüsündən asılıdır. Sadə landing page daha qısa, korporativ və funksional saytlar isə daha geniş planlama tələb edir.

SEO yönümlü veb sayt nədir?

Saytın strukturu, sürəti, meta məlumatları, schema və məzmun arxitekturası Google üçün düzgün qurulur.

Admin panel əlavə olunur?

Bəli. Blog, portfolio, xidmət və səhifələrin idarəsi üçün CMS və ya xüsusi admin panel hazırlana bilər.

Hosting və server dəstəyi verirsiniz?

Bəli. Sayt yayımlandıqdan sonra hosting, server, təhlükəsizlik və texniki dəstək təmin oluna bilər.

SEO

SEO xidməti

SEO xidməti nədir?

SEO xidməti saytın Google nəticələrində daha yaxşı görünməsi üçün texniki, məzmun və struktur optimizasiyasıdır.

SEO nəticələri nə vaxt görünür?

İlk texniki nəticələr daha tez görünə bilər, stabil artım üçün isə davamlı SEO işi lazımdır.

Texniki SEO nədir?

Sürət, indekslənmə, sitemap, robots, schema, canonical və Core Web Vitals kimi texniki elementlərin optimizasiyasıdır.

SEO audit nə üçün lazımdır?

Audit saytın zəif nöqtələrini göstərir və hansı düzəlişlərin prioritet olduğunu müəyyən etməyə kömək edir.

Marketing

SMM və SEM

SMM xidməti nədir?

SMM xidməti sosial media strategiyası, kontent planı, paylaşım idarəçiliyi, reklam kampaniyaları və aylıq hesabatları əhatə edir.

SMM nəticələri nə vaxt görünür?

Reklam kampaniyalarında ilkin nəticələr qısa müddətdə görünə bilər, stabil inkişaf üçün isə davamlı kontent və optimizasiya lazımdır.

SMM SEO-ya kömək edirmi?

Birbaşa ranking faktoru deyil, amma brend axtarışlarını, trafik kanallarını və kontent yayılmasını gücləndirir.

Reklam büdcəsi xidmət qiymətinə daxildirmi?

Adətən reklam büdcəsi ayrıca planlanır. Xidmət reklamların qurulması, idarəsi və optimizasiyasını əhatə edir.

SEM xidməti nədir?

SEM Google kimi axtarış sistemlərində ödənişli reklam kampaniyalarının idarə olunmasıdır.

Google Ads SEO-dan nə ilə fərqlənir?

Google Ads sürətli ödənişli trafik gətirir, SEO isə uzunmüddətli organik nəticə yaradır.

Reklam büdcəsi necə müəyyən olunur?

Büdcə keyword rəqabəti, xidmət dəyəri və istənilən lead sayına görə planlanır.

Conversion tracking mütləqdirmi?

Bəli. Tracking olmadan reklamın hansı hissəsinin real müraciət gətirdiyini bilmək olmur.

Infrastructure

Hosting və server dəstəyi

Hosting xidməti nədir?

Hosting veb saytın internetdə yerləşməsi və stabil işləməsi üçün server resurslarının təmin edilməsidir.

Server dəstəyi nələri əhatə edir?

Monitoring, backup, təhlükəsizlik, performans optimizasiyası, yeniləmələr və texniki problemlərin həllini əhatə edir.

VPS hər sayt üçün lazımdır?

Xeyr. Sadə saytlar shared hosting ilə işləyə bilər. SEO, sürət və stabilik prioritetdirsə VPS daha doğru seçimdir.

Backup sistemi necə qurulur?

Layihənin risk səviyyəsinə görə gündəlik, həftəlik və ya xüsusi backup policy hazırlanır.

Partner

Partnyorluq

Hər kəs partnyor ola bilər?

Bəli, freelancer, agentlik, şirkət və fərdi şəxslər müraciət edə bilər.

Qazanc faizi necə müəyyən olunur?

Layihənin tipi, həcmi və əməkdaşlıq modelinə görə ayrıca razılaşdırılır.

White-label mümkündür?

Bəzi development, SEO və texniki dəstək layihələrində white-label model mümkündür.

Sualınız qaldı?

Bizə yazın, layihənizə uyğun cavab verək.

Ümumi cavablar kifayət etmirsə, konkret layihəniz üçün ilkin konsultasiya ala bilərsiniz.

Əlaqə saxla