What is SEO? Why Is SEO Important?

Əgər bir veb saytınız və ya bloqunuz varsa Search Engine Optimisation ilə qarşılaşmış və SEO nədir deyə özünüzə sual vermişsinizdir. Bu məqalədə SEO nədir və SEO nə üçün vacibdir mövzularını ətraflı şəkildə sizə izah etməyə çalışacayıq.

SEO Nədir (Axtarış Motorunun Optimallaşdırılması)

SEO‘nun açılışı Search Engine Optimization (Axtarış Motorunun Optimallaşdırılması) olan bir söz birləşməsidir və veb saytınızı və ya veb səhifənizi təyin edilən açar sözlərə görə optimizasiya etmək anlamına gəlir.

Bu optimizasiya saytınızın BingYandex ve Google kimi axtarış saytlarının nəticələrində üst sıralarda görsənməsinə xidmət edir.

Günümüzdə hər kəs sual yarandığı zaman sualını axtarış saytlarında axtarır. Bu səbəbdən axtarış nəticələrinin üst hissəsində görünmək üçün SEO xidmətlərinin faydası əvəzolunmazdır.

Ancaq unutmayın: SEO bir dəfəlik bir şey deyildir. SEO işləri, sonu olmayan davamlı bir xidmətdir. Yəni, saytınızı davamlı olaraq optimizasiya etməlisiniz.

Bunu etmək üçün axtarış saytlarının müəyyən nüanslara uyğun necə sıralandığını başa düşməli, alqoritmik yeniləmələri araşdırmalı və rəqiblərinizin hər zaman bir addım önündə qalmağa çalışmasınız.

SEO və SEM Arasında Nə Fərq Var?

SEO və axtarış motoru marketinqi (SEM: Search Engine Marketing), şirkətlərin axtarış nəticələri vasitəsilə hədəf kütlələrinə çatması üçün istifadə etdikləri marketinq üsuludur.

Əsas fərq, SEO’nun səhifələri real trafik vasitəsilə daha yaxşı sıralamaq üçün optimizasiya etməyə fokuslanmasıdır. Bu, Google, Yandex və ya Bing kimi axtarış saytlarından gələn sayt istifadəçilərini ifadə edir. Hətta bunu YouTube videolarınızı daha yüksək sıralarda göstərmək üçün belə istifadə edə bilərsiniz.

Bu arada SEM, veb saytınızın axtarış nəticələrində görünməsi üçün ödənişli strategiyalar istifadə edir. Ödənişlii trafikdən gələn ziyarətçilər, Google Ads və ya digər platformalarda paylaşılan reklamlara tıklayaraq gəlir.

SEO’nun tutarlı və qalıcı nəticə verməsi biraz vaxt alarkən,  SEM anında nəticə verir. Reklamlarınızın axtarış nəticələrində nə qədər tıklama və effektiv nəticə göstərməsini anında görə bilərsiniz.

Fərqli olmasına rəğmən, SEO və SEM birlikdə işləyir. Uğurlu bir SEM strategiyası üçün yaxşı bir SEO təməli olmazsa olmazdır.

Açılış səhifənizi açar sözlərinizlə optimizasiya etmək, Google-un Keyfiyyət Xalını yaxşılaşdırır və saytınızın baxış sayını artırır.

 

SEO nə üçün vacibdir?

Bir SEO xidməti üçün ilk başda SEO nədir, SEO nə üçün vacibdir və SEO necə tətbiq edilir suallarının cavabını bilməyiniz vacibdir. İstər bir bloger, istər e-ticarət saytı sahibi olun, veb saytınıza istifadəçi cəlb etməkdən vacib başqa heç nə yoxdur. Sıfır istifadəçisi olan yaxşı bir veb saytın dəyəri sıfırdır.

Şanslısınız ki, trafikinizi  idarə etmək üçün edə biləcəyiniz bir şey var. O da məqalələrinizi, səhifələrinizi və ana səhifənizi SEO standartlarına uyğun optimizasiya etmək.

SEO tətbiq etməyi öyrənmək üçün trafik anlayışını üç fərqli prizmadan araşdıraq:

1. Keyfiyyətli Trafik

Şirkətiniz üçün istifadəçilərinizin müştəriyə çevrilməsi nə qədər çox olarsa trafik keyfiyyətiniz də o qədər yaxşıdır.

Bu dəyişim faizini veb saytın trafikinin keyfiyyətini təyin etmək istifadə edə bilərsiniz. Bu, şirkətinizin növünə və hədəflərinə uyğun olsa da, 5%-lik dəyişim yaxşı nəticədir.

Yaxşı trafik ayrıca olaraq veb sayt istifadəçilərinin təklif etdiyiniz məhsulları axtarması, araşdırmasıdır. Əgər siz elektronika məhsulları satırsınızsa, təsərrüfat məhsullarını axtaran, almaq istəyən şəxslər saytınıza gəlməməlidir.

2. Trafik Kəmiyyəti

Trafik keyfiyyətinin önəmli olduğu doğrudur. Ancaq kəmiyyət və keyfiyyət balansının qorunması prinsipinə əsasən trafik kəmiyyətiniz də bir o qədər vacibdir.

Trafikinizi saytınıza daxil olan istifadəçilərin sayından hesablaya bilərsiniz. Ancaq baxmalı olduğunuz daha çox nüanslar var: istifadəçilər, səhifə baxışları və istifadə müddəti.

Bu qədər elementləri əllə hesablamağınıza gərək yoxdur. Google Analytics və ya StatCounter kimi veb sayt trafikinizi artırmağınıza kömək edəcək şəbəkələr mövcuddur.

3. Real Trafik (Pulsuz)

Real trafik veb sayt sahiblərinin əvəzolunmazıdır. Həm pulsuz, həm də daha çox istifadəçi və gəlir mənbəyidir.

Deyək ki, internet istifadəçilləri axtarış saytlarında bir açar sözü yazdılar və axtarış nəticələrində çıxan bir sayta daxil oldular. Bu şəkildə əldə etdiyiiniz trafik real trafikdir.

Çox asan görsənsə də real trafik əldə etmək üçün rəqabət olduqca çoxdur. Bu səbəbdən, istədiyiniz nəticələri ala bilməyiniz üçün SEO-nu yaxşı bilməli və ya mütəxəsislərinə həvalə etməlisiniz.

IDEAL WEB NETWORK olaraq biz peşəkar komandamızla sizin veb sayt və ya səhifələrinizə SEO tətbiq edib Google axtarış nəticələrində ön sıralara çıxararaq satışlarınızı artıra bilərik.